Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari Hövzə Xəbər Agentliyinə verdiyi açıqlamasında bildirib ki, ölkə üzrə elmi hövzələrinin rektoru Ayətullah Ərafi tərəfindən ABŞ və Sionist rejiminin İrana qarşı törətdiyi təcavüzkar hücum və günahsız insanların, o cümlədən millətimizin Ali Məqamlı Rəhbərinin şəhid edilməsi ilə bağlı dəstək və mövqe nümayiş etdirən təsirli və nüfuzlu islam alimlərinə təşəkkür məktubları ünvanlayıb. O qeyd edib ki, Ayətullah Ərafi məktublarında bütün İslam alimlərindən bu tarixi mərhələdə öz həmrəyliylərini daha açıq nümayiş etdirmələrini xahiş edib.
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari əlavə edib ki, Ayətullah Ərafi məktubunda bildirib ki, bu cinayətin böyüklüyü və necəliyi anlayışlı insanların gözü qarşısında gizli deyil və həmçinin şiələrin rəhbəri, müqəddəs məkanlar və İslam Respublikasının məsul şəxslərinə qarşı yönəlmiş hücum, müdafiəsiz uşaqların və vətəndaşların qətlə yetirilməsi, habelə kritik infrastruktur obyektlərinə olunan hücumlar misli görünməmiş bir fəlakətdir. Bütün beynəlxalq prinsiplər və normalar bu hərəkətdə ayaq altında qoyulmuşdur.
Elmi hövzələrin beynəlxalq əlaqələr üzrə müavini qeyd edib: Elmi hövzələrin rektoru İran hövzələri və xalq adından yazdığı məktublarında bildirmişdir ki, bu böyük müsibətdə İran xalqının və dünya müsəlmanlarının nəzərləri bütün dünyadakı dini alimlərin üzərinə yönəlib. Onlar hikmətli mövqeləri ilə alimlərin həyat və mövqeyi, eləcə də İslam ümmətinin uşaqlarının məsumiyyətinin müdafiəsində tarixi rolunu düzgün şəkildə yerinə yetirməlidirlər.
Höccətül-İslam Hüseyni Kuhsari bildirib: Bu məktublarda nüfuzlu və təsirli İslam alimlərinə göstərdikləri dəstək və mövqelərinə görə təşəkkür edilmiş və onlardan bu haqsızlığın səsini dini, məzhəb və coğrafi sərhədləri aşaraq bütün dünyaya çatdırmaları xahiş edilmişdir.
O əlavə edib ki, Ayətullah Ərəfi ünvanladığı məktublarında açıqlayaraq bildirib ki, bu cinayətdə dini rəhbərlik və mərcəyi-təqlid nüfuzuna yönəlmiş hücum bütövlükdə bir təhlükədir və heç bir dini qrup onun nəticələrindən qorunmayacaq. Eyni zamanda, o, bu cinayətlərin qəti və açıq şəkildə pislənməsi ilə İslam və digər din alimlərinin bu tarixi mərhələdə həmrəyliyinin daha aydın nümayiş etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.
Rəyiniz